SON XƏBƏRLƏR

Urmuda Peyk Antenaları polis tərəfindən yığışdırılır

2021.10.20, 07:36
Urmuda Peyk Antenaları polis tərəfindən yığışdırılır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmu şəhərinin Hüseynabad məhəlləsində, polislər evlərə hücum edərək Peyk Antenalarını yığmağa başlayıblar.

 

GünAz TV mətbuat mərkəzinin “öyrənci”-yə istinadən yaydığı məlumata görə, polis qüvvələri məhkəmə tərəfindən icazələri olmadan evlərə vəhşicəsinə hücum edib, evdə axtarış apardıqdan sonra Peyk Antenalarını toplayıblar.

 

Şahidlərin verdiyi məlumata görə, birinci hücuma məruz qalan ev, Azərbaycanın tanınmış sənətkarı Aşıq Əli Əlizadənin evi olub. Qeyd edək ki, Aşıq Əlizadə bir neçə gün öncə rəhmətə gedib.

 

Xatırlatmaq lazımdır ki, iki gün öncə həyata keçirilən hücum aktı Urmu şəhərinin Hüseynabad məhəlləsində baş tutub. Məlumata görə, bu məhəllənin əksər sakinlərini, Azərbaycanın Milli Hərəkat fəalları təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar