SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Hüseyn Nəsiri Məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Hüseyn Nəsiri Məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Tanınmış milli-mədəni fəal Hüseyn Nəsiri Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə çağırılıb.

 

Nəsiri, Onunla eyni dosyedə olanlarla birlikdə 2011-ci il avqust ayının 11-də (1390-cı il mordad ayının 20-də) məhkəmədə olmalıdırlar.

 

Qeyd edək ki, Hüseyn Nəsiri 2010-cu il aprel ayının 2-i (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölü ilə bağlı keçirilən Etiraz Yığıncağında ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) qüvvələri tərəfindən tutuqlanıb və 2011-ci il iyun ayının 4-də (1390-cı il xordad ayının 14-də) həbsdən azad edilmişdir.

 

Onun barəsində iki dosye mövcuddur. Birincisi Urmu Gölü ilə bağlı keçirilən Yığıncaqda iştirak etmək, ikincisi isə 2006-ci il may hadisələrinin (1385-ci il xordad hadisələrinin) ildönümü mərasiminə hazırlıq işləri aparmaqdan ibarətdir. O dosyelərin birinə görə 1 il və digərinə görə 6 ay azadlıqdan məhrum edilmişdir. Ancaq Urmu Gölü Yığıncağında iştirakı ilə bağlı dosyesi hələdə açıqdır və adını çəkdiyimiz milli-mədəni fəal sırf bu dosyeyə görə məhkəməyə çağırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar