SON XƏBƏRLƏR

Çaldıranda Pjakla qanlı toqquşma: 5 ölü

2021.10.20, 07:36
Çaldıranda Pjakla qanlı toqquşma: 5 ölü

Gunaz.tv

GünAz TV: Bu gün Güney Azərbaycanın Makı şəhərinin icra başçısı (fərmandarı) bildirib ki, polis əməkdaşları kürd terrorist qruplaşması Pjak üzvlərinin pusqusuna düşüblər.

 

Çaldıran məntəqəsinin Çuxur kəndinə yaxın yerdə baş verən qanlı hadisədə, 5 nəfər polis həyatını itirib. Onlardan 2-si zabit (əfsər), 3-ü isə əfgərdir.

 

Həmid Əhmədiyan FARS xəbər agentliyinə (ajansına) bildirib ki, həlak olan polis üzvlərini daşıyan avtomobildə məhv edilib.

 

Məlumata görə, hadisə dünən saat 15:00 radələrində baş verib.

 

Qeyd edək ki, artıq həlak olmuş 5 nəfərlik qrup, polis idarəsinin mühəndislik bölməsinin üzvləri olublar. Onlar sərhəddə yerləşən bazalarının (payqah, cayqah) birində elektrik motorunu təmir etmək üçün bazaya gediblər. Qanlı hadisə isə qayıdarkən baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar