SON XƏBƏRLƏR

Ərəb ölkələrinin Suriyaya qarşı təzyiqləri artır

2021.10.20, 07:36
Ərəb ölkələrinin Suriyaya qarşı təzyiqləri artır

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının ardınca Küveyt və Bəhreyn Suriyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Bəhreynin xarici işlər naziri deyib ki, onun ölkəsi Suriya hakimiyyətinə müdrik hərəkət etməyin vacibliyini göstərmək istəyib.

Misirdə ölkənin ali İslam hakimiyyəti (əl-Əhzər) Suriya hökumətinə müraciət edərək qan tökülməsinə dərhal son qoymağa çağırıb.

Qahirədə yerləşən Əl-Əhzər universiteti Sünni İslam dünyasında ən nüfuzlu təşkilat sayılır.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Küveytin xarici işlər naziri Məhəmməd Sabah da ölkəsini Suriyada təmsil edən səfirin "məsləhətləşmələr" üçün çağrıldığını deyib.

Səudiyyə Ərəbistanı isə Suriya hakimiyyətinin anti-hökumət nümayişçilərilə qəddar rəftarına etiraz əlaməti olaraq səfirini birdəfəlik geri çağırdığını bəyan edib.

Səudiyyə Ərəbistanı kralı (padşahı) zorakılığın qəbuledilməz olduğunu və Suriya hakimiyyətini gec olmadan onu dayandırmağa çağırıb.

Yaxın günlərdə Körfəz ölkələrinin liderləri Suriyada vəziyyətə dair görüş keçirəcəklər, bu barədə Küveyt diplomatı məlumat verib.

Ərəb dövlətləri liqası (ərəb ittihadiyyəsi) Suriyadakı zorakılıqları pisləyən rəsmi bəyanat verib.

Mart ayında Prezident Bəşər əl-Əsədin istefasını tələb edən nümayişlər başlayandan bəri 1600-dən artıq Suriya vətəndaşı ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar