SON XƏBƏRLƏR

“İran özünü sakit aparmasa, bu dəfə məhv ola bilər”

2021.10.20, 07:36
“İran özünü sakit aparmasa, bu dəfə məhv ola bilər”

Gunaz.tv

GünAz TV: Suriyada baş verən qanlı olaylar qonşu dövlətləri də sərt addımlar atmağa vadar edib. Artıq Türkiyə baş naziri Ərdoğan Bəşər Əsəd rejiminin ünvanına sərt bəyanatla çıxış edib. 

Ərdoğan bəyan edib ki, rəsmi Ankara Suriyada baş verənləri kənardan müşahidə etmək niyyətində deyil.

Avqustun 9-da Dəməşqə gedəcək Davudoğlu da Bəşər Əsədə ölkəsinin Suriyada baş verən zorakılığa dözümünün tükəndiyini bildirəcək. “Indiyə kimi biz dözdük və gözlədik. Düşündük ki, onlarla danışıb vəziyyəti düzəltmək olar. Ancaq bizim dözümümüz son həddədir. Suriyada baş verənlərə kənar müşahidəçi kimi baxmağımız mümkün deyil. Biz Suriyadan səslər eşidirik. Həmin səslərə cavab vermək borcumuzdur. Suriyada baş verənlər bizim iç işimizdir” - deyə Ərdoğan bildirib. Davudoğlunun Suriya səfəri ərəfəsində ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton da ona zəng edərək Əsəd hökumətinə təzyiq göstərməyi xahiş edib. Regionda (bölgədə) güclü təsir imkanları olan Türkiyənin səbrinin tükənməsi Suriyaya nə vəd edir və Ankara Bəşər Əsəd rejiminə qarşı hansı addımlar ata bilər?

Onu da xatırladaq ki, bir müddət əvvəl İran Türkiyəni hədələyərək Suriya məsələsinə qarışmamağa çağırıb. Əks halda Tehran seçim arasında qalacaq və Suriyaya üstünlük verəcəyini bəyan edib. Türkiyə Suriyaya qarşı addım atacağı təqdirdə İranın buna cavabı necə ola bilər?

Politoloq Vəfa Quluzadə NATO üzvü olan Türkiyənin Suriyaya qarşı istənilən addım atmaq iqtidarında olduğunu deyir. Çünki Türkiyə NATO-nun missiyasını (görəvini) həyata keçirə biləcək, hərbi baxımdan olduqca qüdrətli ölkədir. Bu səbəbdən də Türkiyə, hətta hərbi müdaxilə edə bilər: “Qonşu ölkədə hakim silahlardan, tanklardan, ağır silahlardan istifadə edərək öz xalqını qırır. Buna başqa ad vermək olmaz. Ona görə də Türkiyə aviasiyası (həvanəvərdi, havacılıq) NATO aviasiyası rolunu yerinə yetirib Bəşər Əsədin qüvvələrinə dəqiq nöqtə zərbələri vura bilər”.

Ekspertin (karşünas) fikrincə, İran müdaxilə edəcəyi təqdirdə NATO, Amerika, İsrail qüvvələrinin zərbəsi altında qalacaq. Bu da böyük konfliktə səbəb ola bilər orda. Hətta İran özünü sakit aparmasa, bu dəfə məhv ola bilər. Azadlıq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar