SON XƏBƏRLƏR

Türkiyədə daha iki generalın həbsinə qərar verildi

2021.10.20, 07:36
Türkiyədə daha iki generalın həbsinə qərar verildi

Gunaz.tv

GünAz TV: Ordu generalı Hüseyn Nüsrət Taşdeler və general Hıfzı Çubuklu həbs ediləcək.

 

İstanbul 13-cü Ağır Cəza Məhkəməsi “İnrenet andıcı” adı ilə tanınan cinayət işi üzrə 14 nəfərin həbsi barədə qərar çıxarıb.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, haqqında həbs qərarı çıxarılanlar arasında ötən həftə Ali Hərbi Şuranın qərarı ilə Quru Qoşunları Təhsil və Doktrina Komandanlığına rəhbər təyin olunan ordu generalı Hüseyn Nüsrət Taşdeler və general Hıfzı Çubuklu da var.

Bundan başqa məhkəmə “İnternet andlcl” cinayət işinin “İrticaya qarşı mübarizə planı” cinayət işi ilə birləşdirilməsinə qərar verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar