SON XƏBƏRLƏR

“Jurnalist günü”, Səid Mətinpurun atası evində ağırlandı

2021.10.20, 07:36
“Jurnalist günü”, Səid Mətinpurun atası evində ağırlandı

Gunaz.tv

GünAz TV: Zəncan və Azərbaycanın müxtəlif şəhərlərindən gəlmiş Bir qrup jurnalist, mətbuat işçisi və mədəni fəal, hazırda məhbus həyatı yaşayan azərbaycanlı jurnalist Səid Mətinpurun atası evində olublar.

 

“Jurnalist günü” münasibəti ilə toplaşan ziyarətçilər, Səid bəyin ailəsi ilə görüşüb, həbsdə olan jurnalistlərlə birlikdə cənab Səid Mətinpuru yad ediblər.

 

2011-ci il avqust ayının 7-də (1390-cı il mordad ayının 16-də) baş tutan görüşdə, ilk öncə Səid bəyin atası cənab Murtaza Mətinpur, oğlunun həbsxanadakı son vəziyyətindən danışıb. O əsasən Səid bəyin xəstəliyinə işarə edib və onun dərhal həbsxanadan kənar bir mütəxəssis tərəfindən müalicəyə ehtiyacı olduğunu vurğulayıb. Ata oğlunun məzuniyyət hüququndan məhrum olduğunu da xüsusi vurğulayıb.

 

Sonra görüşdə bulunanlardan Əli Məhəmmədbəyani (“Bayram” aylıq dərgisinin müdir-məsulu), Hüşəng Cəfəri (Zəncanlı Şair), Əlirza İskəndəryun (Zəncanlı jurnalist), İbrahim Rəşidi (jurnalist və azərbaycanlı insan haqları fəalı), Rəuf Tahiri (Zəncanlı ictimai-siyasi xadim), Rza Abbasi (Zəncanlı mədəni fəal, keçmiş öyrənci fəal) və ... kimi tanınmış şəxsiyyətlər mövzu ilə bağlı çıxış edib, Səid bəyin şəxsiyyəti ətrafında və jurnalistlərin hüquqları barədə cəsarətli fikirlər səsləndiriblər. Görüş zamanı müxtəlif şairlər tərəfindən çoxlu şeirlər də oxunub.

 

Ziyarətçilər Görüşün sonunda, Səid bəy Mətinpurun ailəsinə ona ithaf olunmuş şeir lövhəsi hədiyyə ediblər.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar