SON XƏBƏRLƏR

Makıda SEPAHilər evlərə hücum edərək Peyk Antenalarını yığıblar - Video Görüntü

2021.10.20, 07:36
Makıda SEPAHilər evlərə hücum edərək Peyk Antenalarını yığıblar - Video Görüntü

Gunaz.tv

GünAz TV: Dünən (avqustun 8-i , mordadın 17-i) Güney Azərbaycanın Makı şəhərində İslami İnqilab Keşikçilər Korpusunun (SEPAH) üzvləri evlərə hücum edərək Peyk Antenalarını yığıblar.

 

Yerli vaxtla Saat 04:00-da Makının Vəliəsr şəhərciyində baş verən hücum zamanı, məmurlar əhaliyə qorxulu anlar yaşadıb və hətta söyüş söyməkdən belə çəkinməyiblər. Bu barədə “araz news” Oğuz xəbər qrupunun informasiyasına istinadən xəbər yayıb.

 

Məlumata görə, hadisəni video kameraya çəkən bir gənc xanım, məmurlar tərəfindən möhkəm döyülüb və onun mobil telefonu zəbt olunub.

 

Gənclər Bu qorxulu anlar görüncə bir yerə toplaşıb və SEPAH üzvlərinə qarşı etiraz aksiyasına başlamaq istəyiblər. Ancaq bir ağsaqqalın məsləhəti ilə fikirlərindən vaz keçiblər.

 

Video Görüntü:

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar