SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı Suriya ilə diplomatik əlaqələri kəsir

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı Suriya ilə diplomatik əlaqələri kəsir

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının kralı Abdulla ölkəsinin Suriyadakı səfirini geri çağırıb.

 

Milli.Az xəbər portalının "Əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, Suriyada nümayişlərin qəddarlıqla dağıdılmasını yolverilməz adlandıran kral, Bəşər Əsəd rejimini "qan tökülməsinə son qoymağa" çağırıb:

 

"Suriya hakimiyyəti ciddi şəkildə düşünməlidir. Sonradan islahatlara başlanılması çox gec olacaq".

 

Qeyd edək ki, son olaraq dünən nümayişçilərlə hökumət qüvvələri arasında toqquşmada 50-dən artıq insan həlak olub. Bəzi məlumatlara görə isə 80 nəfər öldürülüb. Ötən həftə eyni səbəbdən 150 insan dünyasını dəyişmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar