SON XƏBƏRLƏR

İranda yük maşınından 8 tondan artıq narkotik (müxəddir) maddə götürülüb

2021.10.20, 07:36
İranda yük maşınından 8 tondan artıq narkotik (müxəddir) maddə götürülüb

Gunaz.tv

GünAz TV: İranın Kirman əyalətində tranzit yük maşınında yoxlama aparılarkən 8 tondan artıq narkotik (müxəddir) maddə olan tiryək aşkar edilib.

Bu barədə Kirman əyalətinin prokuroru (dadistanı) Yədullah Müvəhhid bildirib. Trend-in məlumatına görə, xəbəri İranın İSNA agentliyi (ajansı) yayıb.

 

Müvəhhid deyib ki, narkotik maddə çox ustalıqla büllur qabların içərisində müxtəlif bağlamalarda yerləşdirilib. "Narkotik maddə İrandan kənarda yük maşınına yerləşdirilib. Sürücü həbs olunub və hazırda həmin narkotik maddənin kimə məxsus olduğu araşdırılır", - Müvəhhid əlavə edib.

 

Onun sözlərinə görə, sənədlərə əsasən, narkotik maddənin bir qisminin İranda satılması, digər qisminin isə digər ölkələrə aparılması nəzərdə tutulurmuş.

 

İran tiryək istehsalçısı olan Əfqanıstanla Avropa arasında tranzit dəhlizdə yerləşib. İran hökuməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhlükəsizlik xidmətinin min əməkdaşını ölkənin şərq sərhədinə göndərib və 1000 kilomertdən çox bənd, kanal, sement divar inşa edib.

 

BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məruzəsinə əsasən, Əfqanıstan və Pakistan arasında sərhəd regionu (bölgəsi) silah və narkotik maddələrin qanunsuz ticarəti, eləcə də qeyri-leqal (qeyri-qanuni) miqrasiya (köç) üçün dünyada ən böyük azad ticarət zonalarından (məntəqələrindən) birinə çevrilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar