SON XƏBƏRLƏR

Azərbaycandan Somaliyə maddi yardım

2021.10.20, 07:36
Azərbaycandan Somaliyə maddi yardım

Gunaz.tv

GünAz TV: Azərbaycan hökuməti Somalidə yaranmış vəziyyətlə əlaqədar olaraq bu ölkəyə 100 min ABŞ (Amerika Birləşmiş Ştatları) dolları dəyərində humanitar yardım ayırıb.

 

Bu barədə məlumatı "Həftə içi"nə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib. Yardımın ayrılması ilə bağlı qərar ötən həftə Nazirlər Kabineti tərəfindən qəbul edilib. Yardım pul vəsaiti formasında ediləcək. Qeyd edək ki, Somalidəki aclıq nəticəsində son 3 ayda 29 mindən artıq uşaq həlak olub. Bölgədə yaranmış qida böhranı ilə əlaqədar olaraq bir sıra ölkələr yardım kampaniyalarına başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar