SON XƏBƏRLƏR

Ukraynanın keçmiş baş naziri həbs olunub

2021.10.20, 07:36
Ukraynanın keçmiş baş naziri həbs olunub

Gunaz.tv

GünAz TV: Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonu 30 polis əməkdaşı məhkəmə zalında (salonunda) həbs edərək Lukyanovskoe istintaq təcridxanasına aparıb.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Yuliya Timoşenko baş-nazir Nikolay Azarov məhkəmədə şahid qismində ifadə verən zaman yerdən Azarovu vergilər naziri işləyərkən korrupsiyada (fəsade malidə) əli olmasında ittiham edib. Buna cavab olaraq prokuror (dadistan) Liliya Frolova Timoşenkonun həbs olunmasını məhkəmədən xahiş edib.

 Azarov öz ifadələrində bildirib ki, 2009 ildə Timoşenkonun Ukrayna üçün əlverişsiz şərtlər əsasında Rusiya ilə bağladığı qaz müqaviləsini ləğv etmək mümkün deyil.

 Kiyevin Peçersk məhkəməsinin qərarı ilə Timoşenko Lukyanovskoe istintaq təcridxanasına aparılıb. Timoşenko xahiş edib ki, onu məhkəmədən əli qandallı aparmasınlar.

 Hal hazırda Peçersk məhkəməsi güclədilmiş rejimdə mühafizə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar