SON XƏBƏRLƏR

Suriyada meyitlər parklarda basdırılır

2021.10.20, 07:36
Suriyada meyitlər parklarda basdırılır

Gunaz.tv

GünAz TV: Suriya hakimiyyətinin Hama şəhərində törətdiyi qırğınlar davam edir. Şəhər əhalisi atışmada ölən yaxınlarının meyitlərini qəbiristanlıqlarda basdırmaqdan çəkinir.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, şəhər sakinləri təqib olunmaq, işgəncələrə məruz qalmaqdan qorxduqları üçün ölülərini qəbiristanlıqda deyil, yaxınlıqdakı parklarda basdırırlar.

 

Şəhər mərkəzinin Bəşər Əsadın tankları tərəfindən mühasirəyə alındığı bildirilir. Rejimin əsgərlərinin şəhərə qida gətirilməsini də əngəllədiyi məlum olub. Xeyli uşağın aclıq və səfalətdən öldüyü üzə çıxıb. Şahidlər bildiriblər ki, xəstəxanaların işıqları kəsildiyi üçün yeni doğan körpələr də ölür. Suriyalı müxaliflər deyib ki, bazar günündən indiyədək şəhərdə 250 nəfərə qədər insan öldürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar