SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı fəal Əlirza Fərşi azadlığa buraxılıb

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı fəal Əlirza Fərşi azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV mərkəzinin “araz news”a istinadən yaydığı məlumata görə, tanınmış azərbaycanlı fəal cənab Əlirza Fərşi azadlığa buraxılıb.

 

Cənab Fərşi may ayının 13-ü (ordibeheştin 23-ü) öz iş yerində tutuqlanıb, onun 6 aylıq həbsinə dair çıxarılmış hökmün icrası üçün Təbriz zindanına intiqal edilmişdir.

 

Universitet ustadı cənab Fərşi həyat yoldaşı xanım Sima Didarla birlikdə Təbrizin Elgölü parkında “Türk dilində mədrəsə” şüarını səsləndirdikləri səbəbindən tutuqlanıb və 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər.

 

Xatırladaq ki, cənab Fərşi və həyat yoldaşı xanım Didar Azərbaycanın milli hüquqları zəminində göstərdikləri fəaliyyətlərinə görə, uzun illərdir İran rejiminin təzyiqlərinə məruz qalmaqdadırlar. Onlar dəfələrcə tutuqlanıb və həbs olunublar. Məhz bu səbəbdən cənab Fərşi ustadlıq işindən uzaqlaşdırılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar