SON XƏBƏRLƏR

“Traxtur-Şahin” müsabiqəsi Sulduza həsr olundu

2021.10.20, 07:36
“Traxtur-Şahin” müsabiqəsi Sulduza həsr olundu

Gunaz.tv

GünAz TV: Təbriz, daha doğrusu Güney Azərbaycanı İranın superliqa rəqabətlərində təmsil edən iki futbol taxımından (timindən) biri “Traxtur”un, tamaşaçılarla birlikdə keçiriləcək birinci müsabiqəsi Sulduz şəhərinə həsr olunub.

 

Keçən il “Traxtur” tərəfdarları Azərbaycan bədxahlarının məkrli   siyasətini zərərsizləşdirmək məqsədi ilə olduqca maraqlı qərara gəldilər. Onlar “Traxtur”un hər müsabiqəsini Azərbaycanın bir şəhərinə həsr edərək Azərbaycan şəhərlərinin hər zamankı kimi bir-birinə bağlı olduğunu nümayiş etdirdilər.

 

Bu ildə eyni tədbir davam edir. “Traxtur” tərəfdarlarına müsabiqəni izləməyi qadağan edən qərarın ləğvindən sonra “Traxtur”un ilk müsabiqəsi (Traxtur-Şahin) Azərbaycanın Sulduz şəhərinə həsr olunub. O şəhər ki, 2006-ci ilin may hadisələri (1385-ci xordad hadisələri) zamanı Azərbaycan uğrunda çoxlu şəhid verib. Məhz bu şəhidlərin ehtiramına görə, “Traxtur”un növbəti müsabiqəsi xüsusi əhəmiyyət daşıyacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar