SON XƏBƏRLƏR

Elnur Mərəndli: “İranda 140 min erməni ölkənin ali toplumu sırasına daxil edilib”

2021.10.20, 07:36
Elnur Mərəndli: “İranda 140 min erməni ölkənin ali toplumu sırasına daxil edilib”

Gunaz.tv

GünAz TV: İranda siyasi hakimiyyət mahiyyət etibarilə, antiislam, antitürk ideologiyası üzərində qurulub.

Bu sözləri Hollandiyadan Gün.Az-a Güney Azərbaycan İstiqlal Partiyasının funksioneri, tanınmış milli fəal Elnur Mərəndli bildirib.

“İranda siyasi rejim inqilab zamanı qəbul etdiyi öz konstitusiyasında (Anayasasında) əks olunan müddəalara da əməl etmir. Biz bunu açıq şəkildə görürük. İranda yaşayan Azərbaycan türklərinin hüquqlarının təmin olunması ilə bağlı konstitusiyada “öz dilində yazıb-yaratmaq, məktəb açmaq, jurnal, qəzet təsis etməklə bağlı əksini tapan hüquqların reallaşmasına imkan verilmir.

Amma 140 min erməniyə müstəsna hüquqlar verilib və onlar ölkənin ali toplumu sırasına daxil ediliblər. Üstəlik, Qarabağ məsələsinə görə, Azərbaycan İrandan lazımınca dəstək alırmı? Xeyr. Əksinə, İran Ermənistanı ayaq üstə saxlayır və onu təmin edir, işğalçı ölkəni Azərbaycanın qarşısında diz çökməməsi üçün bütün dəstəyini verir ki, İrəvan proseslərdən (sürəc) məğlub tərəf kimi çıxmasın. Hazırda Azərbaycanın güclü olması və bölgədə söz sahibinə çevrilməsi İran siyasətçilərində qorxu və vahimə yaradır” - deyə, Elnur Mərəndli qeyd etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar