SON XƏBƏRLƏR

Libi diktatorunun daha bir oğlu öldürüldü

2021.10.20, 07:36
Libi diktatorunun daha bir oğlu öldürüldü

Gunaz.tv

GünAz TV: Liviya (Libi) lideri Müəmmər Qəzzafinin daha bir oğlu NATO aviazərbələri (hava zərbələri) nəticəsində ölüb.

Bu barədə Qətərin "Aljazeera" telekanalı xəbər verir. Liviya üsyançılarına istinadən verilən məlumata görə, Qəddafinin ən kiçik oğlu, 28 yaşlı Xamis Qəzzafi və daha 32 nəfər Zlitan şəhərində avia-zərbələrin qurbanı olub.

Xamis Qəzzafi Liviya ordusunda islahatlar aparmaq tərəfdarı kimi tanınırdı və son vaxtlar qoşunlardan birinə rəhbərlik edirdi.

Xatırladaq ki, mayın 1-də Müəmmər Qəzzafinin oğullarından biri Seyf-əl-Ərəb və Qəzzafinin 3 nəvəsi aviazərbələr nəticəsində ölmüşdü (anspress).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar