SON XƏBƏRLƏR

Suriya prezidenti 2 mindən çox insanın qətlə yetirilməsinə görə məsuliyyət daşıyır

2021.10.20, 07:36
Suriya prezidenti 2 mindən çox insanın qətlə yetirilməsinə görə məsuliyyət daşıyır

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) dövlət katibi Hillari Klinton bəyan edib ki, Suriya prezidenti Bəşşar əl-Əsəd müxalifətin etiraz aksiyasının (yürüşünün) yatırılması zamanı 2 mindən çox insanın öldürülməsinə görə məsuliyyət daşıyır.

 

Gün.Az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, o, Suriyanın dövlət orqanlarının etiraz aksiyalarını amansızlıqla yatırmasının qarşısını almaq üçün təzyiqi gücləndirməyi vəd edib.

 

Bundan başqa, H.Klinton Suriyada B.Əsəd rejiminin legitimliyini (məşruiyyətini) itirdiyini də qeyd edib.

 

Qeyd edək ki, Amerika Dövlət Departamenti (xarici işlər nazirliyi) rəhbərinin sözləri Suriya ordusunun qiyamçı Həma şəhərindəki əməliyyatları ilə üst-üstə düşüb. Əhalisi hakim Əsəd klanına düşmən münasibət bəsləyən bu yaşayış məntəqəsində nəzarəti bərpa etməyə cəhd göstərən hərbçilər hətta tanklardan da istifadə edirlər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar