SON XƏBƏRLƏR

Əhmədinejad «Euronews» telekanalına müsahibə verib

2021.10.20, 07:36
Əhmədinejad «Euronews» telekanalına müsahibə verib

Gunaz.tv

GünAz TV: Əhmədinejad müsahibə zamanı gözlənilmədən ölkəsinə rəhbərlik etməsinin ziddiyyətlər doğurması ilə bağlı ünvanlanan suallara verdiyi cavabın tonunu yumşaldıb.

Telekanalın məlumatında deyilir ki, ola bilsin, ona bu addımı atmağa İranda hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi, ölkəsinin beynəlxalq aləmdən izolyasiyası (izolasyon) təhlükəsinin artması, eləcə də ərəb liderlərinin, məsələn Hüsnü Mübarəkin taleyinin necə olması vadar edib. «Biz bir sıra ölkələrin liderlərinin xalqları ilə pis münasibətlər qurması səbəbindən ortaya çıxan problemlərdən qüssələnirik. Mən dünya düzəninin necə qurulmasından da təəssüfümü gizlədə bilmirəm. Bu, hökumətləri xalqlardan o qədər ayırır ki, nəticədə onlar öz liderləri üzərində məhkəmə prosesi (sürəci) keçirməli olurlar» - deyə İran rəhbəri bildirib.

M.Əhmədinejad İranda baş verənləri digər ölkələrdə baş verənlərlə eyniləşdirməyin tərəfdarı olmadığını da vurğulayıb. Onun sözlərinə görə, İranda prezident seçkiləri azad qaydada keçirilib. O, müxalifət liderləri - Mirhüseyn Musəvinin, eləcə də Mehdi Kərrubinin  həbsxanaya salınmasına də münasibət bildirib. «Həbsxanalar bütün ölkələrdə var. Böyük Britaniyada da var, elə deyilmi? İran məhkəməsi azaddır və mənim onun işlərinə qarışmaq hüququm yoxdur».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar