SON XƏBƏRLƏR

Sıra Suriyaya gəlir: "NATO bu ölkəyə qarşı hərbi əməliyyatlara hazırlaşır"

2021.10.20, 07:36
Sıra Suriyaya gəlir: "NATO bu ölkəyə qarşı hərbi əməliyyatlara hazırlaşır"

Gunaz.tv

GünAz TV: NATO Suriyada Bəşər Əsəd rejimini devirmək üçün bu ölkədə hərbi əməliyyatlara başlamaq haqda düşünür.

GünAz TV mətbuat mərkəzinin Milli.Az xəbər portalına istinadən yaydığı məlumata görə, bunu Rusiyanın alyansdakı (ittihad, birləşmə) daimi nümayəndəsi Dmitri Roqozin "İzvestiya"ya müsahibəsində bildirib.

Xatırladaq ki, bu ilin martından Suriyada hakimiyyətə qarşı kütləvi etiraz aksiyaları (yürüşləri) keçirilir. İndiyədək Suriya ordusu və polisi ilə nümayişçilər arasında toqquşmada 1500-dən artıq insan həlak olub. Beynəlxalq ictimaiyyətin təzyiqlərinə və sanksiyalara (təhrimlərə) baxmayaraq, Bəşər Əsəd rejimi nümayişçilərə qarşı odlu silahdan istifadəni davam etdirir.

Roqozin Moskvanın "Suriyada da Liviyada (Libidə) baş verənlərin təkrarlanmasına, problemin güc yolu ilə həllinə mane olmaq üçün əlindən gələni edəcəyini" söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar