SON XƏBƏRLƏR

Metsamor Atom Elektrik Stansiyası (Niruqahı) beynəlxalq aləmi narahat edir

2021.10.20, 07:36
Metsamor Atom Elektrik Stansiyası (Niruqahı) beynəlxalq aləmi narahat edir

Gunaz.tv

GünAz TV: Yaponiyadakı son fəlakətdən sonra Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının (Atom Elektrik Niruqahı - AES) yaratdığı təhlükə yenidən gündəmdədir.

GünAz TV mətbuat mərkəzinin AzərTAc-a istinadən yaydığı məlumata görə, bu barədə Almaniyanın nüfuzlu “Deutsche Welle” (Alman dalğası) radiosu reportaj (quzariş) yayımlamışdır.

Reportajda bildirilmişdir ki, 1960-cı illərə aid, köhnə sovet (keçmiş Şurəvi) texnologiyası (teknolojisi) ilə fəaliyyət göstərən Metsamor AES-ə beynəlxalq aləmin narahatlığı artır. Stansiyanın seysmik zonada (irtiaş və lərzə məntəqəsi) yerləşməsi xüsusi diqqət çəkir. AES-in yaşı və yerləşdiyi məkan Ermənistan ilə Avropa İttifaqı arasında stansiyanın bundan sonrakı taleyi ilə bağlı mübahisələrə səbəb olmuşdur. Amma Ermənistan stansiyanın istismarı planlarından (tərhindən) əl çəkmir.

Radio xatırlatmışdır ki, 2000-ci ildə Avropa İttifaqı stansiyanın bağlanması üçün Ermənistana 138 milyon avro təklif etmişdir. Lakin Ermənistan hökuməti bu məbləğin azlığından şikayətlənərək razılaşmamışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar