SON XƏBƏRLƏR

13 yaşlı qızın qətli BMT-də (Birləşmiş Millətlər Təşkilatında) qaldırıldı

2021.10.20, 07:36
13 yaşlı qızın qətli BMT-də (Birləşmiş Millətlər Təşkilatında) qaldırıldı

Gunaz.tv

GünAz TV: Azərbaycan 13 yaşlı azərbaycanlı qızın Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülməsi ilə bağlı BMT-də (Birləşmiş Millətlər Təşkilatında) məsələ qaldırıb.

Bu barədə BMT mətbuat mərkəzindən məlumat verilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyevin BMT baş katibinə göndərdiyi məktubun surəti bu qurumda paylanıb. Məktubda bildirilir: "2011-ci il iyulun 14-də, oyuncağa yerləşdirilmiş partlayıcı mexanizmin işə düşməsi nəticəsində 13 yaşlı azərbaycanlı qız Aygün Şahmalıyeva həlak olub, onun 32 yaşlı anası Elnarə Şahmalıyeva isə ağır yaralanıb. Bu dəhşətli hadisə Azərbaycanın Tovuz bölgəsində, Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində baş verib. Hadisənin qurbanı partlayıcı quraşdırılmış oyuncağı Tovuz çayından tapıb. Mənbəyi Ermənistan ərazisində yerləşən çay Əlibəyli kəndindən keçir. İlkin təhqiqatın nəticəsinə görə, partlayıcı tələ rolunu oynayan oyuncaq Ermənistanda düzəldilib və məqsədli şəkildə çaya atılıb. Partlayıcının hədəfi qonşuluqda yerləşən Azərbaycan kəndlərinin uşaqları olub". Səfir Mehdiyev qeyd edib ki, formal atəşkəs olmasına baxmayaraq, Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə (şəxsi hədəflər, şəxsi məkanlar) qarşı qərəzli hücumları son aylarda daha da intensivləşib (şiddətləyib). Beynəlxalq hüquqa zidd olan bu hərəkətlər nəticəsində cəbhə xətti boyunca yaşayan dinc insanlar həlak olur və şikəst qalır. "Belə ki, 2011-ci il martın 8-də doqquz yaşlı azərbaycanlı uşaq erməni snayperi (nişançı, gizli tirəndaz) tərəfindən öldürülüb. 2011-ci il mayın 26-da Azərbaycanın Ağdam bölgəsinin Çıraqlı kəndinin dinc sakinləri Ermənistan Silahlı Qüvvələrinin aramsız atəşinə məruz qalıblar. 2011-ci il iyunun 3-də, Azərbaycanın Ağcabədi bölgəsinin sakini Azərbaycanın Ağdam bölgəsinin Çəmənli kəndində erməni hərbçiləri tərəfindən öldürülüb. Azərbaycan vətəndaşlarının qəsdən öldürülməsi bir daha Ermənistanın hamı tərəfindən qəbul olunmuş mənəvi və etik prinsiplərə (əxlaqi əsllər), BMT nizamnaməsinə və beynəlxalq hüquqa əməl etmək istəmədiyini göstərdi", - deyə A.Mehdiyev bildirib. Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar