SON XƏBƏRLƏR

Fransa prezidenti Azərbaycana səfər edəcək

2021.10.20, 07:36
Fransa prezidenti Azərbaycana səfər edəcək

Gunaz.tv

GünAz TV: Fransa prezidenti Nikolya Sarkozi cari ilin oktyabr (October) ayında Cənubi Qafqaz regionuna (bölgəsinə) səfər edəcək.

ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində o Azərbaycanda da olacaq.

 

Məlumata görə, Fransa prezidenti ilk olaraq Gürcüstan, daha sonra Ermənistan və sonda Azərbaycanı ziyarət edəcək.

 

Fransanın ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupunun həmsədr ölkəsi olduğunu nəzərə alsaq Nikola Sarkozinin Azərbaycan və Ermənistanda bir sıra məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcəyini ehtimal etmək olar.

 

Qeyd edək ki, hazırda rəsmi səfərə hazırlıq işləri gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar