SON XƏBƏRLƏR

Amerikanın Səsi: İki nəfər “Traxtur” tərəfdarı həbsdədir

2021.10.20, 07:36
Amerikanın Səsi: İki nəfər “Traxtur” tərəfdarı həbsdədir

Gunaz.tv

GünAz TV: Azərbaycanlı azarkeşlərin vəkili Musa Bərzin Xəlifəli deyib ki, bu şəxslərin hər ikisinə qarşı "İran liderinə hörmətsizlik, nizamın əleyhinə təbliğat, nizamı pozmaq, qeyri - qanuni qruplara üzv olmaq" ittihamları irəli sürülüb.

Təbrizin Traxtur futbol komandasının iki azarkeşinin şəhərin İnqilab məhkəməsində mühakiməsi başlayıb. Bu barədə dünən VOA (avqustun 3-ü , mordadın 12-i) İran və Güney Azərbaycan saytlarına istinadən xəbər yayıb. HARANA-nın məlumatına görə, Güney azərbaycanlı olan Tağı Möləvi və Behrad Xudayari Təbrizin Traxtur və Kirman şəhərinin Mis adlı komandalarının (timlərinin) oyunu zamanı nəzarət altına alınıb və onlara qarşı 4 ittiham oxunub.

Azərbaycanlıların vəkili Musa Bərzin Xəlifəli deyib ki, bu şəxslərin hər ikisinə qarşı "İran liderinə hörmətsizlik, nizamın əleyhinə təbliğat, nizamı pozmaq, qeyri - qanuni qruplara üzv olmaq" ittihamları irəli sürülüb. Həmin xəbərlərə deyildiyinə görə, bu iki futbol azarkeşinin siyasi mənsubiyyəti yoxdur və sadəcə futbolda GüneyAzərbaycanlılar üçün simvola çevrilən Traxtur komandasını himayə etdiklərinə görə, 5 ay əvvəl Marağa şəhərində tutulublar.

Hələlik futbol azarkeşlərinin mühakiməsi başa çatmayıb. Bir müddətdən sonra İnqilab Məhkəməsinin 4-cü şöbəsinin hakiminin Traktorun həmin azarkeşləri barədə hökm verməsi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar