SON XƏBƏRLƏR

İranda yeni neft naziri təyin edilib

2021.10.20, 07:36
İranda yeni neft naziri təyin edilib

Gunaz.tv

GünAz TV: İran parlamenti İnqilab Keşikçiləri komandiri (fərmandehi) və beynəlxalq sanskiyalar (təhrimlər) altında olan General Rüstəm Qaseminin neft naziri vəzifəsinə təyinatını təsdiqləyib.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Onun namizədliyi parlamentdə səs çoxluğu ilə təsdiq olunub.

Beləliklə, Prezident Mahmud Əhmədinejadın namizədinin dəstəklənməsi İran rəhbərliyi arasında may ayında baş qaldırmış mübahisəni çözmüş oldu.

General Qaseminin neft naziri vəzifəsinə gəlişi neft istehsal edən ölkələrin OPEK təşkilatında prezidentliyin rotasiya (dorei) ilə İrana keçəcəyi bir vaxta təsadüf edir.

Cənab Qasemi İranın nüvə proqramında roluna görə, ABŞ (Amerika Birləşmiş Ştatları) və Avropa İttifaqının sanksiyaları ilə üzləşir.

İran parlamentinin veb saytında yayılmış xəbər görə, general Qaseminin namizədliyini 264 millət vəkilindən 216-ı dəstəkləyib.

O, hərbi qüvvələrin hərbi sahəyə aidiyyatı olmayan nazir postuna yiyələnən ilk komandiri olacaq.

Cənab Əhmədinejad 2005-ci ildə vəzifəyə gəldikdən sonra İnqilab Keşikçiləri neft və qaz sektorunda (bəxşində, sahəsində) çoxsaylı müqavilələr imzalayıb.

The Wall Street Journal yazır ki, bütün bunlar qrupun artan siyasi və iqtisadi nüfuzundan xəbər verir.

"Beynəlxalq şirkətlərin İrana sanksiyalar nəticəsində ölkədən çıxmasından sonra bu nüfuz daha da artıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar