SON XƏBƏRLƏR

Türk ordusunda yeni təyinat

2021.10.20, 07:36
Türk ordusunda yeni təyinat

Gunaz.tv

GünAz TV: Bu gün Türkiyə Silahlı Qüvvələrinin yeni təyin olunan komandanlarının (fərmandehlərinin) adları açıqlanıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 3 gün davam Ali Hərbi Şurada çıxarılan qərarlar prezident Abdullah Gülə təqdim edilmişdi. Bu gün isə prezidentin təsdiqinin ardınca ictimaiyyətə açıqlanıb.

Beləliklə, Türkiyə Baş Qərargah rəisi postuna keçmiş Quru Qoşunları Komandanı Necdət Özəl gətirilib. Onun keçmiş postuna isə 1-ci ordu komandanı general Hayri Kıvrıkoğlu təyin edilib.

Donanma (navqan) komandanı Emin Murat Bilgəl Dəniz Qoşunları komandanı olub.

Hava qüvvələri komandanlığına isə Mehmət Ərtəm gətirilib.

Jandarma baş komandanlığına Bəkir Kalyoncu təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar