SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarının məhrumiyyəti ləğv edildi

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarının məhrumiyyəti ləğv edildi

Gunaz.tv

GünAz TV: Təbriz, Azərşəhr və Üskü əhalisinin İran parlamentindəki nümayəndəsi, “Traxtur” tərəfdarlarının məhrumiyyətinin ləğv olunduğunu bildirib.

 

Cənab Rza Rəhmani bildirib ki, “Traxtur” futbol taxımı tərəfdarlarının məhrumiyyəti, İdman (vərziş) və Gənclər Nazirliyi tərəfindən ləğv edilib.

 

Azərbaycanlı nümayəndənin sözlərinə görə, Nazirlik “Traxtur” tərəfdarlarını 3 müsabiqəni izləməkdən məhrum edən qərarı aradan qaldırmaq üçün, göstəriş verib.

 

Təbriz, Azərşəhr və Üskü əhalisinin İran parlamentindəki nümayəndəsi bəyan edib ki, nazirlik bu qərarı 5 azərbaycanlı nümayəndənin birgə etiraz naməsi göndərdiklərində sonra verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar