SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı 9 məhbusun vəziyyətinə baxılmasını istəyib

2021.10.20, 07:36
Beynəlxalq Əfv Təşkilatı 9 məhbusun vəziyyətinə baxılmasını istəyib

Gunaz.tv

GünAz TV: Beynəlxalq Əfv Təşkilatı üçüncü gün (çaharşənbə) yaydığı bəyanatda İranda həbsdə saxlanılan 9 məhbusun vəziyyətinə baxılmasını tələb edib.

 

Beynəlxalq Əfv Təşkilatının bəyanatına görə, hazırda ən azı 9 nəfər məhbusun səhhətində ciddi problem var və onlar müalicə olunmalıdırlar.

 

Adını çəkdiyimiz insan haqları müdafiəçisi təşkilatının bəyanatında adı çəkilən məhbuslar arasında Azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpur və Babək Xürrəmdin ləqəbli soydaşımız, veblaqçı Hüseyn Ronəqi Məlekinində adları var.

 

Adı çəkilən başqa məhbusların kimlikləri isə İsa Səhərxiz, Məhəmmədseddiq Kəbudvənd, ayətullah Brucerdi, Zəhra Cəbbari, Kuruş Kuhkən, Əhməd Zeydabadi və Heşmətullah Təbərzədidən ibarətdir.

 

Beynəlxalq Əfv Təşkilatı son bəyanatında vurğulayıb ki, adı çəkilən siyasi məhbuslar yalnız söz azadlıqları hüququndan istifadə etdiklərinə görə, həbs olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar