SON XƏBƏRLƏR

Suriya ilə bağlı birgə razılıq əldə olunmayıb

2021.10.20, 07:36
Suriya ilə bağlı birgə razılıq əldə olunmayıb

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının təcili və gizli toplantısında Suriyadakı vəziyyət müzakirə olunub.

 

Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin bir neçə saat davam edən müzakirələrdə məsələ ilə bağlı yekdil rəyə gəlinmədiyini söyləyib. Bu barədə Milli.Az xəbər portalı "İTAR-TASS"a istinadən məlumat yayıb.

 

"Təhlükəsizlik Şurasının üzvlərinin mövqeyində fərqlilik var. Bu da müzakirələrin uzanmasına səbəb oldu. Sonda yekdil fikrə gəlinmədi", - deyə diplomat bildirib.

 

Qeyd edək ki, 3 gün əvvəl Suriyada nümayişçilər tanklardan atəşə tutulub. Nəticədə 140-dək insan həlak olub. Bundan sonra bir sıra ölkələr BMT Təhlükəsizlik Şurasının təcili toplantısının çağırılması təşəbbüsü ilə çıxış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar