SON XƏBƏRLƏR

Aram Manukyan: "Ermənilər artıq adi fəhlə işləmək üçün uzaq Afrika ölkələrinə gedirlər"

2021.10.20, 07:36
Aram Manukyan: "Ermənilər artıq adi fəhlə işləmək üçün uzaq Afrika ölkələrinə gedirlər"

Gunaz.tv

GünAz TV: Ermənistanın ən böyük problemi mühacirətdir. Bu barədə İrəvanda Ermənistan Milli Konqresinin mitinqində çıxış edən Erməni Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Manukyan bildirib.

Onun sözlərinə görə, 6 ay ərzində Ermənistandan 90 min nəfər mühacirət edib. Bu barədə APA Armenia Today-a istinadən məlumat verir.

"Mən hesab edirəm ki, mühacirət Ermənistanın əsas problemidir. Bu satqınlıq və soyqırımı, ölkənin xaincəsinə boşaldılması siyasətidir". Manukyan qeyd edib ki, hər il yalnız Belçikaya vətəndaşlıq almaq üçün 1400 erməni müraciət edir. "Başqa Avropa ölkələrində də analoji vəziyyətdir. Siyasi sığınacaq istəyirlər, müxtəlif xəstəliklər fikirləşirlər. Ermənistan boşalır, ölkə süqut etmək ərəfəsindədir", deyə Manukyan bildirib.

Manukyan bəyan edib ki, "ermənilər artıq adi fəhlə işləmək üçün uzaq Afrika ölkələrinə gedirlər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar