SON XƏBƏRLƏR

Amerika Suriyaya qarşı yeni sanksiyalar (təhrimlər) tətbiq etməyə hazırlaşır

2021.10.20, 07:36
Amerika Suriyaya qarşı yeni sanksiyalar (təhrimlər) tətbiq etməyə hazırlaşır

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Suriya hökumətinin üzvlərinə qarşı əlavə sanksiyalar (təhrimlər) tətbiq etməyə hazırlaşır.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Dövlət Departamentinin (xarici işlər nazirliyi) nümayəndəsi Mark Toner bildirib ki, hələlik BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası ölkə əhalisinə qarşı zorakılıq hərəkətlərini dayandırmaq üçün Suriya hökumətinə qarşı görüləcək tədbirlərlə bağlı yekdil rəyə gələ bilmir.

BMT TŞ-də keçirilən müzakirələrdə Qərb ölkələri bildiriblər ki, ən optimal (behinə) variant (seçənək) rəsmi Dəməşqə qarşı təzyiqləri artırmaqdır. Rusiya isə hesab edir ki, Suriya rəhbərliyi ilə dialoqa başlamaq lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar