SON XƏBƏRLƏR

“Traxtur-Səba” və “Şəhrdari-Mis” müsabiqələrinin son nəticəsi

2021.10.20, 07:36
“Traxtur-Səba” və “Şəhrdari-Mis” müsabiqələrinin son nəticəsi

Gunaz.tv

GünAz TV: Dünən Təbrizin “Traxtur”  və “Şəhrdari” futbol taxımları (timləri) öz rəqibləri ilə qaşılaşıblar.

 

İran üzrə futbol klublarınıb superliqa rəqabətlərinin 1-ci həftəsində keçirilən müsabiqədə “Şəhrdari-Mis” müsabiqəsi Kirmanın Bahünər stadionunda (stadiom) baş tutub. Bu müsabiqə (1 – 1) hesabı ilə sona çatıb.

 

“Traxtur-Səba” yarışı isə Təbrizin Səhənd stadionunda keçirilib. Müsabiqə (3 – 2) hesabı ilə “Səba” taxımının xeyirinə sona çatıb.

 

“Traxtur” taxımının yeni baş məşqçısı cənab Qələnoyi bildirib ki, bu müsabiqədə oyunçuların arayişi baxımından problemlər olub. o taxımın uduzmasının səbəbini özündə axtarıb.

 

Xatırladaq ki, “Traxtur” taxımının bu müsabiqəsi tamaşaçısız həyata keçirilib. “Traxtur” taxımının məsulları və tərəfdarları keçmiş dövr superliqa rəqabətləri zamanı guya xəta etmiş və o uzdən iki müsabiqə tamaşaçısız həyata keçirməlidir. Futbol Federasiyasinin bu qərəzli qərarı dəfələrlə “Traxtur” tərəfdarlarının etirazına səbəb olsada ancaq qərar qüvvədə saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar