SON XƏBƏRLƏR

Məlikkəndi (Məlikan) şəhərinin divarları milli şüarlarla bəzədilib

2021.10.20, 07:36
Məlikkəndi (Məlikan) şəhərinin divarları milli şüarlarla bəzədilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Məlikkəndi (Məlikan) şəhərinin divarları milli məzmunlu şüarlar ilə bəzədilib.

 

Divarlara “Türk dilində mədrəsə, Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Ölüm olsun şovinizmə” və ... kimi şüarlar yazılıb.

 

Məlumata görə, yazılan şüarlar üzə çıxınca ETTELAAT (İran Kəşfiyyat Nazirliyi), BƏSİC (hökumət tərəfdarları, yarımsilahlı qüvvələr) və POLİS əməkdaşları divarları silməyə başlayıblar.

 

Qeyd edək ki, Məlikkəndi şəhərində bir neçə gündür ki,  iş adamları və mağaza sahibləri öz iş yerlərinin türk adlarını fars adları ilə əvəzləməsi üçün təzyiq altındadırlar. Onlar ETTELAATa çağırılır və təhdid olunurlar. Soydaşlarımızın divaryazma hərəkəti isə fars şovinizminin bu təzyiqinə cavabdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar