SON XƏBƏRLƏR

Suriyada daha 24 nəfər etirazçı qətlə yetirilib

2021.10.20, 07:36
Suriyada daha 24 nəfər etirazçı qətlə yetirilib

Gunaz.tv

GünAZ TV: Dünən Suriyada ordu və üsyançılar arasında baş verən toqquşmalarda 24 nəfər həlak olub.GünAZ TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  mərkəzi qərargahı Londonda yerləşən “Suriyada İnsan Haqlarının monitorinqi mərkəzi”nin rəhbəri Rami Abdel Rahman axşam namazından sonra müxtəlif şəhərlərdə keçirilən aksiyaların (yürüşlərin) yatırılması zamanı 24 nəfərin öldürüldüyünü, 150-dən çox şəxsin həbs olunduğunu deyib. Qeyd edək ki, son dörd ay ərzində hazırkı prezident Bəşər Əsədin istefası tələbilə keçirilən aksiyaların vəhşiliklə yatırılması nəticəsində 1350 nəfər ölüb, 3 mindən çox şəxs itkin düşüb. Suriya ordusu son qanlı qırğını Xama şəhərində törədib. Şəhərə daxil olan 20-dən çox zirehli tank və maşın əhaliyə atəş açmağa başlayıb. Atəş nəticəsində 100-dən artıq mülki şəxs həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar