SON XƏBƏRLƏR

Suriyanın müdafiə naziri Avropa İttifaqının yeni sanksiyalar (təhrimlər) siyahısına düşüb

2021.10.20, 07:36
Suriyanın müdafiə naziri Avropa İttifaqının yeni sanksiyalar (təhrimlər) siyahısına düşüb

Gunaz.tv

GünAz TV :Suriyanın müdafiə naziri Əli Həbib digər güc qurumu əməkdaşları ilə birlikdə Avropa İttifaqının sanksiyalarının (təhrimlərinin) əhatə etdiyi yüksək vəzifəli suriyalı məmurların genişləndirilmiş siyahısına düşüb.

Gün.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bazar ertəsi Aİ Həma şəhərində toqquşmalarla bağlı Suriya rəhbərliyinə qarşı sanksiyaları sərtləşdirib.  Yeni sanksiyalar siyahısına Suriya prezidenti Bəşşar əl-Əsədə yaxın beş insan daxil edilib. Müdafiə naziri ilə yanaşı, məhdudlaşdırıcı tədbirlər milli təhlükəsizlik xidmətinin və Həma şəhərində kəşfiyyat xidmətinin rəhbərinə də aid edilib.Bir müddət əvvəl Aİ Suriyanın bir sıra rəhbərlərinə, o cümlədən ölkə prezidentinə qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısında göstərilən şəxslərə Avropa İttifaqının ərazisinə daxil olmaq qadağandır, onların Avropadakı maliyyə aktivləri (var-dövlətləri) isə dondurulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar