SON XƏBƏRLƏR

Prezident Obama Suriyalılara SÖZ verdi

2021.10.20, 07:36
Prezident Obama Suriyalılara SÖZ verdi

Gunaz.tv

GünAz TV: Ağ Ev Suriyada dünən keçirilən qanlı əməliyyatla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada Hama şəhərindən gələn xəbərlərin dəhşət verici olduğu bildirilib. ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama olayların Suriya iqtidarının gerçək xarakterini (mahiyyətini) ortaya qoyduğunu deyib.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Vaşinqtonun Bəşər Əsadın getməsini istəyənlərlə birlikdə çalışacağına söz verən Obama, demokratik dəyişiklik prosesində (sürəcində) yaşanacaq gəlişmələrlə Suriyanın gələcəkdə daha yaxşı ölkə olacağını qeyd edib. Obama ölkəsinin Suriya xalqının yanında olduğunu və Əsad iqtidarına təzyiqlərin artacağını vurğulayıb.

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Aşton isə Suriyadan gələn son xəbərlə şok olduğunu söyləyib. Aşton yazılı açıqlamasında Suriya ordusunun tank və ağır silahlarla dinc nümayiş keçirən insanlara hücum etməsinin, üstəlik bu hücumun Ramazan ayı ərəfəsində həyata keçirilməsinin qəbul edilməz olduğunu deyib. AB təmsilçisi hücuma görə məsuliyyət daşıyanların hüquq qarşısında cavab verməsinin vacibliyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar