SON XƏBƏRLƏR

Amerika jurnalı: “Nabucco”nun taleyi Azərbaycandan asılıdır

2021.10.20, 07:36
Amerika jurnalı: “Nabucco”nun taleyi Azərbaycandan asılıdır

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Amerikanın nüfuzlu “The Wall Street Journal” qəzeti bu başlıqla məqalə dərc edib.

Məqalə müəllifi Alessandro Torello yazır ki, Rusiyadan qaz asılılığını azaltmaq arzusunda olan Avropa İttifaqı üçün Azərbaycanın mövqeyi bu mənada çox mühüm olacaq. “İlin sonuna kimi Azərbaycanın “Şahdəniz 2” yatağından hasil ediləcək qaz üçün uzun müddətli alıcıları seçəcəyi gözlənilir. Burada təqribən bir trillyon kub metrdən (metr-i mükəəb) çox təbii qaz var”, - deyə məqalədə qeyd olunur.

 

Nəşr yazır ki, bu ilin iyun (June) ayında Azərbaycan prezidenti İlham Əliyev qazın Avropaya istiqamət götürəcəyini təsdiq edib, amma bunun konkret (açıq, müşəxxəs) marşrutunu (məsirini) açıqlamayıb.  

ARDNŞ-in vitse-prezidenti (prezident müavini) Elşad Nəsirova istinad edən qəzet bildirir ki, Azərbaycan gələcəkdə nəql qabiliyyəti genişləndirilə biləcək orta tutumlu boru xəttinə üstünlük verir: “Azərbaycan iri həcmli boru layihəsinə soyuq yanaşır. ARDNŞ mümkün qədər çox avropalı müştəri əldə etmək və bunun müqabilində yaxşı vəsait qazanmaq niyyətindədir”.

“The Wall Street Journal” yazır ki, regionun (bölgənin) təbii qazla digər zəngin dövləti Türkmənistandır. Lakin Rusiya və İranın müxalif mövqeyi səbəbindən bu ölkənin Avropa önündə öhdəlik götürəcəyi inandırıcı deyil. Nəşrin qənaətinə görə, məhz bu səbəbdən “Nabucco” üçün Azərbaycanın tutacağı mövqe həlledici olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar