SON XƏBƏRLƏR

Türkiyədə Ali hərbi şuranın iclası keçiriləcək

2021.10.20, 07:36
Türkiyədə Ali hərbi şuranın iclası keçiriləcək

Gunaz.tv

GünAz TV: Avqustun 1-də Türkiyədə bu ölkənin Ali hərbi şurasının iclası keçiriləcək.

Gün.Az-ın 1news.az-a istinadən verdiyi xəbərə görə, iclasda Türkiyənin yüksək vəzifəli şəxsləri və bu ölkənin silahlı qüvvələrinin komandanları (fərmandehləri) iştirak edəcəklər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçəcək iclasda bir sıra mühüm qərarların qəbulu gözlənilir.

Qeyd edək ki, Ali hərbi şuranın iclası ərəfəsində Baş qərargah rəisi İşık Koşaner başda olmaqla, Türkiyənin bütün hərbi rəhbərliyi istefaya getmişdi. İşık Koşanerin yerini Türkiyə quru qoşunları komandanı Nejdet Özelin tutacağı gözlənilir. 

Son illər hərbi komandanlıq və Baş nazir Rəcəb Tayyib Ərdoğan arasında gərginlik xeyli artıb.

Şənbə günü jurnalistlər qarşısında çıxış edən Türkiyə prezidenti Abdullah Gül Ali hərbi şuranın builki iclasının ötən ilin avqustunda olduğu kimi ciddi sarsıntı ilə başa çata biləcəyi barədə gümanları rədd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar