SON XƏBƏRLƏR

Suriyada 140 nümayişçi öldürülüb

2021.10.20, 07:36
Suriyada 140 nümayişçi öldürülüb

Gunaz.tv

GünAz TV: Dünya həyəcan təbili çalır. Dünən Suriyada hökumət əleyhinə nümayişlərə çıxmış kütlə növbəti dəfə atəşə tutulub.

Milli.Az xəbər portalının "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, nəticədə 140-dək insan həlak olub. Bu, dünya ictimaiyyətini hərəkətə gətirib. Almaniya baş verənlərlə bağlı BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının təcili toplantısının keçirilməsini tələb edib.

Müzakirələrin bu gün keçirilməsi gözlənilir.

Dünən əsas qırğın Həma şəhərində olub. Şəhərə yeridilmiş tanklar insanları atəşə tutub.

Bəşər Əsəd rejiminin əməlləri ABŞ (Amerika Birləşmiş Ştatları) və Avropa Birliyi tərəfindən də kəsin şəkildə pislənib. BMT-nin baş katibi Pan Gi Mun da Suriya rəhbərliyindən xalqa qarşı zorakılığa son qoyulmasını tələb edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar