SON XƏBƏRLƏR

Səid Nəimi 80 gün həbsdən sonra öz ailəsi ilə görüşüb

2021.10.20, 07:36
Səid Nəimi 80 gün həbsdən sonra öz ailəsi ilə görüşüb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı tanınmış fəal cənab Səid Nəimi, 80 gün  ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlandıqdan sonra öz ailəsi ilə görüşüb.

 

Nəimi öz ailəsi ilə qısa görüşdə ona qarşı irəli sürülən ittihamlar və tutuqlanmasının səbəbi barədə heç bir məlumat verməyib və onun vəziyyəti hələdə naməlum olaraq qalır.

 

Xatırladaq ki, insan haqları fəalı, Azərbaycan siyasi məhbuslarının müdafiə komitəsinin qurucularından olan cənab Səid Nəimi 2011-ci il may ayının 9-da (1390-cı il ordibeheşt ayının 19-da) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən Kərəc şəhərində yerləşən öz evində tutuqlanıb və Təbrizin ETTELAAT idarəsinə intiqal verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar