SON XƏBƏRLƏR

Təbriz Bazarının YUNESKOnun dünya mirası siyahisinə alınması ilə bağlı şənlik törəni başlayıb

2021.10.20, 07:36
Təbriz Bazarının YUNESKOnun dünya mirası siyahisinə alınması ilə bağlı şənlik törəni başlayıb

Gunaz.tv

GünAz TV: Bazar günü Təbrizin böyük və tarixi bazarının YUNESKOnun dünya mirası siyahisinə salınması ilə bağlı rəsmi şənlik törəni başlayıb.

 

Öz növində Dünyanın ən böyük üstüötülü kərpicdən tikilmiş bazarı, ilk öncə milli əsərlər siyahisinə alınıb, bir neçə il sonra yəni 2009-cu ildə (1388-ci ildə) YUNESKOnun dünya mirası siyahisinə salınıb.

 

GünAz TV mətbuat mərkəzinin “İrna” xəbər agentliyinin (ajansına) istinadən yaydığı məlumata görə, YUNESKOnun Tehrandakı bürosunun rəsmisi, Təbriz bazarının YUNESKOnun dünya mirası siyahisinə salınması ilə bağlı sənədi İran prezidenti Mahmud Əhmədinejada təqdim edib.

 

Xatırladaq ki, adını çəkdiyimiz bazarın 1000 ildən çox yaşı var. bu bazarın 27 hektar vüsəti və 8000 ticarət vahidi (mərkəzi) var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar