SON XƏBƏRLƏR

Güney Azərbaycanda Şovinistlərdən Mağaza sahiblərinə qadağa...

2021.10.20, 07:36
Güney Azərbaycanda Şovinistlərdən Mağaza sahiblərinə qadağa...

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Məlikkəndi (Mələkan) şəhərinin iş adamları və mağaza sahibləri, iş yerlərinə türkcə ad qoyduqlarına görə təzyiq altındadırlar.

 

Məlumata görə, Məlikkəndi şəhərinin mağaza sahibləri və iş adamları şəhərin ümumi təhlükəsizlik idarəsinə (idarey-i əmaken) çağırılıb və türkcə adlandırılan iş yerlərinin adlarının dəyişdirilməsi ilə bağlı uyarılıblar.

 

Qeyd edək ki, bu zəmində soydaşlarımız mümkün qədər müqavimət göstərib və türk adlarının dəyişdirməməsinə çalışırlar. Buna baxmayaraq, bəzi halda soydaşlarımızın müqaviməti nəticə vermir və bir çox türk adları dəyişdirilib. Məsələn məcburi şəkildə dəyişdirilən adlar içində axar su kafineti, kara deniz yeməkxanası, anata taları, yağlı çörək çörəkxanası, yaşa mağazini, dəniz yeməkxanası və s. Kimi türk adları var.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar