SON XƏBƏRLƏR

2 nəfər azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
2 nəfər azərbaycanlı fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsində azərbaycanlı mədəni fəallar Tağı Moləvi və Behzad Xudayari cənablarının məhkəmə iclası keçirilib.

 

Adını çəkdiyimiz azərbaycanlı fəallar bu iclasda cənab Musa Bərzin Xəlifəlunun vəkilliyi ilə özlərini müdafiə ediblər.

 

Qeyd edək ki, Moləvi və Xudayari cənabları "Traxtur" futbol taxımının (timinin) yarışlarının birində üzərinə "Marağanın sevgisi “Traxtur”" yazılmış parçanı stadiona (stadioma) aparıblar. Təxminən 1 ay sonra Marağada öz evlərində tutuqlanıb və 13 gün müvəqqəti saxlanılıblar. Onlar haşimzadə adlı müstəntiq tərəfindəndən 2 dəfə dindiriliblər.

 

Soydaşlarımıza qarşı irəli sürülən ittiham ümumi asayişə xələl gətirmək, sistemin əleyhinə təbliğ və rəhbəri təhqir etməkdən ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar