SON XƏBƏRLƏR

Azərbaycanlıların Savalan yürüşü möhtəşəm baş tutub – YENİLƏNİB / FOTO

2021.10.20, 07:36
Azərbaycanlıların Savalan yürüşü möhtəşəm baş tutub – YENİLƏNİB / FOTO

Gunaz.tv

GünAz TV: Azərbaycan bütün şəhərlərindən 2011-ci il iyul ayının 28-də (1390-cı il mordad ayının 6-da) avtomobillər Savalan dağına tərəf yola düşdülər. 

 

 Ziyarətçilər məqsədə çatandan sonra 100-ə yaxın çadır vuruldu və mərasim başladı. Bu mərasimdə İranın keçmiş parlament sədri cənab Natiq Nuri də gözə dəyib.

 

 ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları, Bəsic qüvvələri (hökumət tərəfdarları, yarımsilahlı dəstələr) və başqa təhlükəsizlik qüvvələri müxtəlif vasitələrlə mərasimin keçirilməməsi vəya onların istədiyi istiqamətdə baş tutmasına çalışıblar. Onlar fars dilində yüksək səslə müsiqi yayıb, hətta azərbaycanlı fəalları zorakılığa təhrik ediblər. Ancaq bütün bunlar soydaşlarımızın oyanıqlığı nəticəsində baş tutmayıb.

 

 Mərasimdə diqqətə layiq məqamlardan biri iştirakçıların bir yerə toplanması və milli şüarların səsləndirilməsi olub. 1000 nəfərdən aşqın iştirakçı bir yerə toplanaraq, “Yurdum yuvam məskənimsən Azərbaycan” xalqı mahnısını səsləndirib, sonra isə “Yaşa Azərbaycan” mahnısı ilə Savalana səs salıblar. Qatılımcıların Bozqurd işarəsini nümayiş etdirmələridə diqqətlərdən yayınmayıb.

 

Ustad Cəfəri isə “Savalan” şeirini səsləndirib. ETTELAAT əməkdaşlarının fars mahnıları vasitəsi ilə yaratdığı maneçilik, şeirə olan ilginin qarşısını ala bilməyib və şeir böyük alqışlara səbəb olub.

 

Saat 17:00-da Urmulu bir xanım “Dünya bizim olacaq” şeirini səsləndirməklə iştirakçıları vəcdə gətirib.

 

Saat 17:35-də tanınmış milli-mədəni fəal cənab Abbas Lisani çıxış edib. Abbas bey ilk öncə həbsdə olan milli fəalları yad edib. O şovinistlərin təzyiq vasitəsi olan zindan, işgəncə, ölüm və ... kimi basqıları Qaşısında davam gətirəcəyimizi vurğulayıb və bu yolun davam edəcəyini dilə gətirib. Cənab Lisani bölgədə gedən azadlıq hərəkatını nəzərə alaraq, bütün fəalları düşünülmüş məsləhətli sükuta son qoymağa çağırıb. (qeyd edək ki, cənab Lisaninin son cemləsi barədə yalnış məlumat yayılmışdır. Beləki milli saytların yaydığı xəbərlərdə “məsləhətli sükuta son qoymaq”, “Məsləhətli sükuta çağırmaq” kimi təqdim olunmuşdur. Sonra bu yalnış, milli saytlarımız tərəfindən düzəldildi)

 

Cənab Lisani çıxışının sonunda Urmu Gölünün quruması və Batı Azərbaycanın kürdləşdirmə prosesinədə toxunub.

 

 Mərasimin sonunda bəyanat oxunub və bəyanata “Yaşasın Azərbaycan” ifadəsi ilə qarşılıq verilib.

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar