SON XƏBƏRLƏR

MHP sədri Dövlət Baxçalı: "Dövlət böhranı idarəolunmaz bir mərhələyə çatıb"

2021.10.20, 07:36
MHP sədri Dövlət Baxçalı: "Dövlət böhranı idarəolunmaz bir mərhələyə çatıb"

Gunaz.tv

GünAz TV: Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner və quru, hava və dəniz qüvvələrinin komandanlarının (fərmandehlərinin) erkən təqaüdə getmək barədə qərarına münasibət bildirib.

CNNtürkün məlumatına görə, Baxçalının adından yazılı açıqlama yayılıb.

«Bu fövqəladə hadisənin ciddi bir dövlət böhranına qapı açdığı gün kimi ortadadır. Əsasən siyasi iqtidarın məhkəmənin AKP’liləşdirilməsindən sonra gözünü Türk Silahlı Qüvvələrinə dikdiyi və bundan qaynaqlanan böhranın qarşısıalınmaz və idarəolunmaz bir mərhələyə gəldiyi anlaşılmaqdadır», deyə açıqlamada bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar