SON XƏBƏRLƏR

İsrail Türkiyədən üzr istəyə bilər

2021.10.20, 07:36
İsrail Türkiyədən üzr istəyə bilər

Gunaz.tv

GünAz TV: İsrailin müdafiə naziri Ehud Barak «Mavi Mərmərə» gəmisinə basqın zamanı həyatını itirən 9 Türkiyə vətəndaşına görə üzr istənilməsinin ehtimal daxilində baş verə biləcəyinə işarə edib.

Vaşinqtonda səfərdə olan Barak «Əməliyyat zamanı yaşanan problemlər üçün üzr istəməyi düşünə bilərik, əgər hər hansı bir problem baş veribsə…» deyə bildirib.

«Reuters» informasiya agentliyinə (ajansı) görə, Barakın təklifi ölkənin Ankara ilə 13 aydır yaşadığı gərginliyin dərinliyini üzə çıxarır. Agentlik hesab edir ki, bir tərəfdən də baş nazir Benyamin Netanyahunun koalisiya (etilafi) hökumətinin daha sərt bir xəttə sahib olan və Türkiyənin üzr istəməsi lazım olduğunu düşünən üzvlərini ələ almağı hədəfləyir. Barak iki ABŞ (Amerika Birləşmiş Ştatları) müttəfiqi olan Türkiyə və İsrailin əlaqələrinin normallaşdırılmasının əhəmiyyəti barədə verdiyi açıqlamasında etiraf edib ki, «Üzrxahlıq variantı (seçənəyi) bizi qane etmir, amma nəzərdə saxlamağımız lazım olan variantlardan biridir». Türkiyə iki ölkə arasında əlaqələrin düzəlməsi üçün İsraildən tam üzrxahlıq və həyatını itirənlərə görə təzminat ödənməsini istəyir. Birləşmiş Millətlər Təşkilatının «Mavi Mərmərə» hesabatının əldə etdiyi dəlillərin avqust ayında açıqlanması gözlənilir. Ehud Barak açıqlamasında sabiq Yeni Zelandiya baş naziri Ceyri Palmer tərəfindən hazırlanan hesabatın «İsrail üçün problemli ünsürlər» ehtiva edəcəyini gözlədiklərini də gizlətməyib. Bizim yol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar