SON XƏBƏRLƏR

Mübarək edam oluna bilər

2021.10.20, 07:36
Mübarək edam oluna bilər

Gunaz.tv

GünAz TV: Misir hökumətinin nümayəndələri bildiriblər ki, nümayişçilərə qarşı atəş açmaq əmri verdiyi sübut olunarsa, Mübarəki edam gözləyir.

GünAz TV mətbuat mərkəzinin bbc.com saytına istinadən verdiyi xəbərə görə, Misirin keçmiş prezidenti Hüsni Mübarəkin məhkəməsi paytaxt Qahirədə keçiriləcək. Misirin səhiyyə naziri deyib ki, hazırda Şarm-əl-Şeyx şəhərindəki xəstəxanada göz altında saxlanılan Mübarəkin səhhəti onun paytaxta gətirilməsinə imkan verir.

Nazir Qahirə Konfrans Mərkəzi zalına gələn həftə başlayacaq məhkəmə üçün hazırlandığını bildirib. Mübarək korrupsiyada (fəsade mali) və onun istefasını tələb edən nümayişlər zamanı insanların öldürülməsində ittiham olunur. Onun səhhətinin ağır olması barədə məlumatlar məhkəməsinin təxirə salınacağı və ya Şarm-əl-Şeyxdə keçiriləcəyi barədə spekulyasiyalar yaradıb.

Hüsni Mübarək nümayişlərdən sonra fevral ayında vəzifəsindən devrilib.Məhkəmənin avqustun 3-də başlayacağı gözlənilir.

Mübarəkdən başqa onun iki oğlu - Alaa və Gamal, eləcə də keçmiş daxili işlər naziri Həbib əl-Ədli də məhkəmə qarşısına çıxarılacaq. Bu barədə ədliyyə rəsmisi xəbər verib.

"Keçmiş prezident Hüsni Mübarək və onun iki oğlu Alaa və Gamalın məhkəməsini İnvestisiya Baş Hakimiyyətinin idarəsində keçirmək qərarı verilib" - yerli qəzet rəsmi mənbəyə istinadən bu xəbəri yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar