SON XƏBƏRLƏR

Vaşinqton separatçı (bölücü) Dağlıq Qarabağ rejiminə yardımı dayandırdı

2021.10.20, 07:36
Vaşinqton separatçı (bölücü) Dağlıq Qarabağ rejiminə yardımı dayandırdı

Gunaz.tv

GünAz TV: Konqresin Alt Komitəsinin qərarında yardım göstəriləcəklər sırasında Qarabağın adı yoxdur.

ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin Nümayəndələr Palatası bu il separatçı (bölücü) Dağlıq Qarabağ rejiminə humanitar (insani) yardım göstərməyəcək. Erməni mətbuatında yazılanlara görə, Nümayəndələr palatasının (nümayəndələr məclisi) Xarici Maliyyə Yardımı üzrə Alt Komitəsinin bu qərarı Konqresdə çalışan Azərbaycan və türk diasporasının aktiv (fəal) fəaliyyətinin nəticəsidir.

Qeyd edək ki, bu qanun layihəsinin əhatə etdiyi ümumi xərclər Birləşmiş Ştatların federal xərclərinin bir faizini təşkil edir. Xatırladaq ki, 1998-ci ildən göstərilən yardım separatçı rejimin humanitar ehtiyaclarına ünvanlanırdı. Onu da qeyd edək ki, bu ilədək konqres tərəfindən hər il Dağlıq Qarabağa 10 milyon dollar humanitar yardım ayrılırdı. Bu da öz növbəsındə rəsmı Bakının etırazlarına səbəb olurdu. Azərbaycan dəfələrlə ABŞ Konqresinə müracıət edərək birbaşa maliyyə yardımını dayandırmağa çağırmışdı. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məsələ ilə bağlı son qərar veriləndən sonra açıqlama veriləcəyini bildirdi.

Xatırladaq kı, Konqresin prosedurlarına (gedişat, rəveş) əsasən Alt Komitənin təsdiqlədiyi layihəyə Xarici Pul Vəsaitlərinə dair Komitə avqustun 3-də baxacaq. Ans press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar