SON XƏBƏRLƏR

Libi üsyançılarının hərbi qüvvələrinin komandiri (fərmandehi) öldürülüb

2021.10.20, 07:36
Libi üsyançılarının hərbi qüvvələrinin komandiri (fərmandehi) öldürülüb

Gunaz.tv

GünAz TV: Naməlum silahlı şəxslər Liviya (Libi) üsyançılarının hərbi qüvvələrinin komandiri (fərmandehi) Abdel Fəttah Yunis və onun iki köməkçisini qətlə yetirib.

Bu barədə xəbəri Liviyanın Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil yayıb. Onun sözlərinə görə, Abdel Fəttah Yunis hərbi məsələlər üzrə məhkəmə komissiyasında (komisiyonunda) dindirilmək üçün Benqaziya çağırılıb. Lakin naməlum silahlı qrup Yunis və onun iki köməkçisi dindirilmədən bir qədər əvvəl qətlə yetiriliblər. Hücum edən silahlı qrupun başçısı həbs edilib. Hadisədən dərhal sonra Mustafa Abdel Cəlilin Benqazidə mətbuat konfransı keçirdiyi mehmanxana da atəşə tutulub.

Qeyd edək ki, Müəmar Qəddafi hökumətinin keçmiş Daxili İşlər naziri Abdel Fəttah Yunis  bu ilin fevralında üsyançıların tərəfinə keçib və müxalifətin hərbi qüvvələrinə başçılıq edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar