SON XƏBƏRLƏR

Türkiyədən Ermənistana xəbərdarlıq: "Ağlınızı başınıza yığın!"

2021.10.20, 07:36
Türkiyədən Ermənistana xəbərdarlıq: "Ağlınızı başınıza yığın!"

Gunaz.tv

GünAz TV: Türkiyənin baş nazir müavini Ermənistan prezidentinə cavab verdi.

Türkiyənin baş nazirinin müavini Bülənt Arınc Balıkəsir vilayətinin Edremit bölgəsində Şimali Ege Qəzetçilər Cəmiyyətinin inzibati binasının açılış mərasiminə qatılıb.

Milli.Az xəbər portalı "Anadolu Haber Ajansı"na istinadən bildirir ki, Mərasimdə çıxış edən B.Arınc Ermənistan prezidenti Serj Sarkisyanın erməni şagirdlərlə görüşündə söylədiyi "Qarabağı biz aldıq, Ağrını da siz alın" sərsəmləməsinə münasibətini açıqlayıb.  

"Baş nazirimiz bu açıqlamaya çox gözəl cavab verib. Sarkisyanın açıqlaması məsuliyyətsizlik, Türkiyəni təhrik etməkdir. Belə təhriklərdən Ermənistanın əlinə heç nə keçən deyil. Ağrı dağının harada olduğu, əsrlərdən bəri Anadolu torpaqlarında bütün bəşəriyyətə işıq saldığı, kölgəsində milyonlarla insanın azadlıqda olduğunu hamı bilir", - Arınc deyib.

Onun sözlərinə görə, Sarkisyan Ermənistanın daxili siyasətinə yönəlmiş açıqlama verib.

"Türkiyə çox güclü ölkədir və kimsə Türkiyəyə çəp baxa bilməz. Nə dağımıza, nə bağımıza, nə də suyumuza. Allahın izni ilə bu torpaqların sahibləriyik. Sarkisyana isə məsləhət görərdim ki, daxili siyasətə oynamaqdan vaz keçsin. Ermənistan ağır iqtisadi problemlər içindədir. Vaxtilə ermənilər ac qalmışdılar, Türkiyədən buğda göndərmişdik. Ağıllarını başlarına yığsınlar, Ağrı dağı barədə nə isə deməkdən vaz keçsinlər və diasporun tələsinə düşməsinlər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar